Bankın nümayəndəliyi

Representative office Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.
Bankın məcmu kapitalı
Bankın şöbəsi
OBASTAN VİKİ
Domen nümayəndəliyi
Domen nümayəndəliyi— domen zonasının bir hissəsi üzərində nəzarətin digər məsul tərəfə verilməsidir. Texniki cəhətdən nümayəndə heyəti zonanın saxlanması və onun məzmununun müəyyən edilməsi üçün cavabdeh olan DNS serverinin (üçüncü tərəfə məxsus) ünvanını təyin edən NS qeydindən istifadə etməklə həyata keçirilir. IP ünvan diapazonları in-addr.arpa domen zonasından istifadə etməklə, IPv6 ünvan diapazonları isə ip6.arpa domen zonasından istifadə etməklə istehsal edilir. Domen qeydiyyatı müddəti başa çatdıqdan sonra domen nümayəndə heyətindən çıxarılır və bloklama dövrü başlayır, bundan sonra domen qeydiyyatdan keçmiş domenlərin reyestrindən çıxarılır.
Bankın əlaqəli şəxsləri
Mərkəzi Bankın müstəqilliyi
Mərkəzi Bankın müstəqilliyi (ing. central bank independence) — iqtisadi ədəbiyyatda mərkəzi bankın pul siyasətinin həyata keçirilməsində birbaşa siyasi və ya hökumət təsirindən azad olma dərəcəsini təsvir edən institusional xarakteristikası. İqtisadi ədəbiyyatda mərkəzi bankın müstəqilliyinin vahid tərifi yoxdur. Mərkəzi bankın pul siyasəti alətlərini müstəqil şəkildə tətbiq etmək qabiliyyəti kimi müəyyən edilir. Hökumətin mərkəzi bankın pul siyasətinə təsirini məhdudlaşdıran qaydaların xarakterik xüsusiyyəti kimi. Hökumətin məhdud təsir göstərə biləcəyi seçilməmiş məmurlara pul siyasəti üçün səlahiyyət və məsuliyyətin verilməsi kimi. İqtisadçı Vittorio Qrilli (2012–13-cü illərdə İtaliyanın İqtisadiyyat Naziri) həmmüəlliflərlə birlikdə 1991-ci ildə mərkəzi bankın siyasi müstəqilliyi (ing. political independence) və onun iqtisadi müstəqilliyi (ing. economic independence) konsepsiyalarını təklif etmişdir. Onlar öz orijinal işlərində siyasi müstəqilliyi mərkəzi bankın inflyasiya və ya iqtisadi fəallıq səviyyəsi kimi pul siyasətinin son məqsədini seçmək qabiliyyəti kimi müəyyən edirlər.
Mərkəzi bankın faiz dərəcəsi
Mərkəzi bankın faiz dərəcəsi (ing. bank rate) — ölkənin mərkəzi bankının kommersiya banklarına verdiyi faiz dərəcəsidir.
İranın Azərbaycanda diplomatik nümayəndəliyi
İranın Azərbaycanda diplomatik nümayəndəliyi — İranı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yanında təmsil edən elçilik. İranın Bakıda konsulluğu 19-cu əsrin 70-ci illərindən fəaliyyət göstərirdi. Çarizmin devrilməsindən (1917) sonra konsulluğun fəaliyyəti daha da canlandı. Lakin İran hökuməti Azərbaycanın istiqlaliyyətini elan etməsini dərin narahatlıqla qarşıladı. Çünki İranın hakim dairələri Azərbaycanın şimalında müstəqil dövlətin yaranmasına Cənubi Azərbaycanın əldən çıxması təhlükəsi kimi baxırdılar. Buna görə də, İran hökuməti Azərbaycan Xalq Cümhuriyyətini tanımağa və onunla diplomatik əlaqələr yaratmağa tələsmirdi. 1918-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması haqqında istiqlal bəyannaməsinin surəti İstanbuldakı Azərbaycan nümayəndə heyəti tərəfındən oradakı İran konsulluğuna təqdim olunduqda, konsulluq Azərbaycan adlı dövlətin müstəqilliyini tanımadığını bildirdi və bu sənədi qəbul etmədi. İranın Azərbaycana münasibətində 1918-ci ilin axırından — Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərin, o cümlədən, İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını yəqin etdikdən sonra başladı. İranın Bakıdakı baş konsulu Azərbaycan Parlamentinin açılış mərasimində (1918, 7 dekabr) iştirak etdi. 1918-ci ilin sonunda Paris sülh konfransına gedən İran xarici işlər naziri Əliqulu xan Ənsari yolüstü 2 gün Bakıda qalaraq, Azərbaycan hökuməti ilə danışıqlar apardı.
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan Respublikasında fövqəladə və səlahiyyətli nümayəndəliyi. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Osmanlı imperiyası, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Həmin illərdə Bakıda isə Böyük Britaniyanın, Ermənistanın, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-nin, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin, İsveçin diplomatik nümayəndəlikləri, konsulluqları, konsul agentləri fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində ən gərgin münasibətləri, şübhəsiz ki, Ermənistanla olmuşdur. Hələ müstəqillikdən öncə erməni silahlı dəstələri indiki Ermənistan ərazisində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törədirdilər. Müstəqillik əldə edildikdən sonra — 1918-ci ilin yayında Azərbaycanla Gürcüstan arasında nümayəndəlik səviyyəsində diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanla Ermənistan arasında birbaşa diplomatik münasibətlərin yaradılması isə yalnız 1919-cu ilin əvvəlində mümkün olmuşdur. Həmin vaxtadək Ermənistanla yazışmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi. Azərbaycanla Ermənistan arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cümhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondunda və Sovet Azərbaycanı Xarici İşlər Komissarlığının fondlarında saxlanılır. 1918-ci il mayın 28-də dövlət müstəqilliyinin elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Gürcüstan Demokratik Respublikasında təmsil edən elçilik. 1918-ci ilin iyun ayında təsis edilmişdi. 1918-ci ilin iyun ayında təsis edilmiş diplomatik nümayəndəliyə Azərbaycan Milli Şurasının üzvü Məmməd Yusif Cəfərov təyin olunmuşdu. Azərbaycan Hökuməti Gəncəyə köçdükdən (1918,16 iyun) sonra iki ölkə arasında müntəzəm əlaqələrin qurulması və inkişaf etdirilməsində bu nümayəndəliyin misilsiz rolu oldu. M.Y.Cəfərovun 1918-ci il iyunun 21-də Xarici İşlər Nazirliyinə ünvanladığı məxfi məlumatında Gürcüstan hökumətinin Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi, keçmiş Zaqafqaziya hökumətinin əmlakının bölüşdürülməsi təklifi, Gürcüstandakı alman alayının Bakıya hərəkət etmək niyyəti haqqında bilgi verildi. İyunun 22-də isə Azərbaycan xarici işlər naziri ona tapşırıq verdi ki, Azərbaycan Hökumətinin mübahisəli ərazilər məsələsinə baxılması üçün xüsusi komissiya yaradılması haqqında təklifini Gürcüstan və Ermənistan hökumətlərinə çatdırsın. Qeyd etmək lazımdır ki, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi ilk vaxtlar Azərbaycan Hökumətinin tapşırıqlarını Ermənistan hökumətinə çatdırmaq funksiyasını da icra etməli oldu. Çünki Azərbaycan Hökuməti yalnız 1918-ci il sentyabrın 12-də Ermənistan Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. 1918-ci il avqustun 15-də Məmməd Yusif Cəfərov Azərbaycan Hökuməti adından Ermənistan Respublikasının Gürcüstandakı işlər vəkili A.Camalyana nota verərək, Andronikin başçılığı ilə erməni hərbi hissələrinin Zəngəzur və Şuşa bölgələrinə soxulmasını Azərbaycan Respublikasına qarşı düşmənçilik aktı kimi dəyərləndirmiş və bu hərbi birləşmələrin dərhal geri çağırılmasını tələb etmişdi. Azərbaycan Hökumətinin 1918-ci il, 12 iyul tarixli qərarı ilə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin 1 katib, 1 kargüzar, 1 makinaçı və 1 kuryerdən ibarət ştat tərkibi müəyyən edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Krım hökuməti və Krım türkləri ilə əlaqə saxlamaq üçün təsis etdiyi elçilik. Krım hökuməti 1918-ci il iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı. 1918-ci il, noyabrın 1-dən Azərbaycan Ukraynadakı diplomatik nümayəndəsi Miri bəy Vəzirova (Yusif Vəzir Çəmənzəminlinin qardaşı) Azərbaycan Xalq Cümhuriyyəti Krımda da təmsil etmək tapşırıldı. Öz növbəsində, Krım hökuməti də qarşılıqlı əlaqələr yaratmaq, Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdırılmış siyasət məsələlərini müzakirə etmək üçün öz nümayəndəsi Əli Aleksandroviçi 1918-ci il noyabrın əvvəllərində Azərbaycana göndərdi. Azərbaycan Xalq Cümhuriyyətinin Krıma göndərdiyi nümayəndələr bölgədə fəaliyyət göstərən hökumətlərlə, xüsusilə də Krım türkləri ilə sıx əlaqələr qurmaq məqsədidaşıyırdılar. 1918-ci il noyabrın 16-da Süleyman bəy Sulkeviçin başçılıq etdiyi Krım hökuməti istefa verdi. Keçmiş duma üzvü S.S. Krım yeni hökumət yaratdı. Konstitusiyalı Demokratiya Partiyası üzvlərindən təşkil edilmiş bu hökumət 1919-cu ilin əvvəllərində Denikin ordusu Krıma daxil olduqdan sonra yerli müsəlmanlara — türk-tatar əhalisinə qarşı repressiyaları gücləndirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada diplomatik nümayəndəliyi
Azərbaycanın Ukraynada diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Ukraynada təmsil edən elçilik. Azərbaycan Cümhuriyyətinin Nazirlər şurası 1918-ci il sentyabrın 12-də Ukraynaya işlər vəkilinin göndərilməsi haqqında qərar qəbul etdi. Qərara uyğun olaraq, 1918-ci il noyabrın 1-də Mir Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplomatik nümayəndəsi təyin edildi. Elə həmin ay M.Y.Vəzirov Kiyevdə diplomatik fəaliyyətə başladı. Birinci dünya müharibəsində (1914–1918) "Dördlər ittifaqının məğlub olması" , Ukraynadan Almaniya, Azərbaycandan isə Osmanlı qoşunlarının geri çəkilməsi və hər iki ölkəyə Antanta qoşunlarının yeridilməsi, keçmiş Rusiya imperiyası ərazisində yaranmış hər iki yeni dövlətin həm bolşevik hakimiyyəti, həm də Denikin tərəfindən təhdid olunması onların beynəlxalq aləmdə oxşar mövqedən çıxış etmələrini zəruriləşdirdi. Buna görə Ukrayna hökuməti də Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx diplomatik əlaqə qurmaq məqsədilə 1919-ci il fevralın 8-də Azərbaycana göndərilmək üçün keçmiş daxili işlər naziri İvan Kraskovskinin başçılığı ilə xüsusi diplomatik missiya yaratdı. 1919-cu ilin martında Azərbaycan və Ukrayna nümayəndəlikləri Antanta dövlətlərinin İstanbuldakı hərbi rəhbərliyinə müraciət edərək onlara Paris sülh konfransında (1919–1920) iştirak etmək üçün şərait yaradılmasını xahiş etdilər. Həmin vaxt Odessa şəhərində müttəfiqlərarası komissiya fəaliyyətə başlamışdı. Azərbaycan Hökuməti bu komissiyada ölkənin mənafeyini təmsil etmək üçün 1919-cu il martın 14-də Rüstəm bəy Sultanovu nümayəndə təyin etdi. 1919-cu ilin yazında Ukraynanın Denikin ordusu tərəfindən tutulması nəticəsində Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin normal fəaliyyət göstərməsi pozuldu.
Azərbaycan Xalq Cümhuriyyətinin İranda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin İranda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini İran dövlətində təmsil edən elçilik. Azərbaycan müstəqillik qazandıqdan sonra İranla normal qonşuluq və dostluq münasibətləri yaratmağa başladı. Azərbaycan hökuməti 1918-ci il Sentyabrın 12-də İrana nümayəndə-işlər vəkili təyin etməyi qərara aldı. Lakin İran tərəfi ilk vaxtlar AXC-ni tanımaq və onunla diplomatik əlaqələr qurmaqdan imtina etdi. 1918-ci il, sentyabrın 6-da Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xarici İşlər nazirinə məlumat verdi ki, Şimali Azərbaycanda müstəqil dövlətin yaradılması barədə İstiqlal bəyannaməsinin surətini buradakı İran konsulluğuna təqdim etmiş, İran konsulu isə bu sənədu zərfə qoyub geri qaytarmış, ona əlavə olunmuş vərəqdə bildirmişdi ki, o, Azərbaycan adında dövlətin müstəqilliyini tanımır. 1918-ci ilin yazında Osmanlı qoşunlarının Cənubi Azərbaycana daxil olmasından sonra Şimali Azərbaycan vətəndaşlarınınn hüquqlarını qorumaq məqsədi ilə Təbrizdə Azərbaycan konsulluğu fəaliyyətə başladı. Konsulluğa ilk dövrdə Teymur bəy Məlik-Aslanov, sonra Yusif Ziya və Rauf bəy Səfərəlibəyli başçılıq etmişdilər. Rauf bəy Təbrizdə ermənilər tərəfindən güllələnərək öldürülüb. İrəvandan (İrəvan) əslisi olan Raufbəy daşnakların Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvləri üçün ovunun qurbanı olub. Türk qoşunlarının 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməsindən sonra İran hökuməti bu konsulluğu bağladı.
İranın Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəliyi
İranın Azərbaycanda diplomatik nümayəndəliyi — İranı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yanında təmsil edən elçilik. İranın Bakıda konsulluğu 19-cu əsrin 70-ci illərindən fəaliyyət göstərirdi. Çarizmin devrilməsindən (1917) sonra konsulluğun fəaliyyəti daha da canlandı. Lakin İran hökuməti Azərbaycanın istiqlaliyyətini elan etməsini dərin narahatlıqla qarşıladı. Çünki İranın hakim dairələri Azərbaycanın şimalında müstəqil dövlətin yaranmasına Cənubi Azərbaycanın əldən çıxması təhlükəsi kimi baxırdılar. Buna görə də, İran hökuməti Azərbaycan Xalq Cümhuriyyətini tanımağa və onunla diplomatik əlaqələr yaratmağa tələsmirdi. 1918-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması haqqında istiqlal bəyannaməsinin surəti İstanbuldakı Azərbaycan nümayəndə heyəti tərəfındən oradakı İran konsulluğuna təqdim olunduqda, konsulluq Azərbaycan adlı dövlətin müstəqilliyini tanımadığını bildirdi və bu sənədi qəbul etmədi. İranın Azərbaycana münasibətində 1918-ci ilin axırından — Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərin, o cümlədən, İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını yəqin etdikdən sonra başladı. İranın Bakıdakı baş konsulu Azərbaycan Parlamentinin açılış mərasimində (1918, 7 dekabr) iştirak etdi. 1918-ci ilin sonunda Paris sülh konfransına gedən İran xarici işlər naziri Əliqulu xan Ənsari yolüstü 2 gün Bakıda qalaraq, Azərbaycan hökuməti ilə danışıqlar apardı.
Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasında diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasında diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrdə yaratdığı diplomatik nümayəndəliklərdən biri. 1919 ilin fevral-sentyabr aylarında fəaliyyət göstərmişdir. 1919-cu ildə Könüllü ordunun Dağıstana doğru irəliləməsi və bir sıra yaşayış məntəqələrini öz nəzarəti altına götürməsi müstəqil dağlı dövlətinin mövcudluğunu böyük sual altında qoymuşdu. Hadisələrin belə şəkil alması təbii ki, Azərbaycanda da ciddi həyəcan və əndişə doğurmuşdu. Məclisi-Məbusanın 6 mart tarixli iclasında Şimali Qafqazdakı vəziyyət xüsusi müzakirə mövzusuna çevrilmişdi. İclasda Müsavat fraksiyası adından danışan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan və dağlı xalqlarının tarixi taleyinin və müstəqillik mübarizəsinin biri-biri ilə sıx bağlı olduğunu, hər iki ölkəyə qarşı yönələn təhlükənin də eyni mənbədən qaynaqlandığını göstərərək demişdi: Cümhuriyyət Hökuməti Dağlılar Respublikası ilə müntəzəm əlaqələr yaratmaq, Şimali Qafqazda baş verən siyasi və hərbi prosesləri yaxından izləmək üçün 1919-cu ilin əvvəlində Dağlılar Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. Fevralın ilk günlərində Dağlılar Respublikası hökuməti Əbdürrəhim bəy Haqverdiyevin diplomatik nümayəndə təyin olunmasına razılıq verdi. Fevralın 25-də Azərbaycan Hökuməti Ə.Haqverdiyevi bu vəzifəyə təyin etdi və Temirxan-Şuraya göndərdi. Azərbaycan diplomatik nümayəndəliyi martın 28-də Temirxan-Şurada fəaliyyətə başladı və elə həmin gün Azərbaycan Xarici İşlər Nazirliyinə Denikin ordusunun və rus kazaklarının Terek vilayətinə, həmçinin Çeçenistana hücum etmələri haqqında məlumat göndərdi. Ə.Haqverdiyev 1919-cu il martın 30-da öz etimadnaməsini Dağlılar Respublikası hökumətinin sədrinə təqdim etdi, 31-də isə bütün nazirlərlə görüşdü və Dağlılar parlamentinin iclasının iştirakçısı oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətində diplomatik nümayəndəliyi
Azərbaycanın Türkiyədə Diplomatik Nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Osmanlı dövlətində təmsil edən elçilik. Azərbaycanla Türkiyə arasında ilk diplomatik təmaslar 1918-ci ilin yazında Trabzon və Batum sülh konfranslarından başlandı. 1918-ci il iyunun 18-də isə Azərbaycan Hökuməti İstanbula ilk nümayəndə heyəti göndərdi. Türkiyə hökuməti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Nümayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti nümayəndə heyətinə, həmçinin, Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə vermişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verdilər. Nümayəndələr Azərbaycanın öz müstəqilliyini elan etməsini beynəlxalq aləmə bildirmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətnini İstan-bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan diplomatları ilə görüşlər keçirdilər. 1918-ci ilin yayında Birinci dünya müharibəsi (1914–18) cəbhələrində Dördlər ittifaqının uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliyi Osmanlı hökuməti üzvləri ilə çox əhəmiyyətli razılaşmalara nail oldu.
Naxçıvan MR-in Bakı şəhərində daimi nümayəndəliyi
Bakı şəhərində Naxçıvan MR-ın Daimi Nümayəndəliyi — diplomatik missiya. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi Naxçıvan MR-ın Ali Məclisinin 24 fevral 1992-ci il tarixli Qərarı ilə təsis edilmişdir. Nümayəndəlik Naxçıvan MR Ali Məclisi və digər dövlət təsisatları ilə Azərbaycan Respublikasının Prezident Administrasiyası,AR Nazirlər Kabineti və digər dövlət və hökumət orqanları arasında gündəlik hərtərəfli operativ əlaqələri, Naxçıvan MR-in iqtisadi-sosial inkişaf proqramları və birgə ümumdövlət kompleks proqramları həyata keçirilərkən Azərbaycan Respublikası hökuməti, nazirlik, dövlət komitələri və baş idarələri ilə Naxçıvan MR-in müvafiq səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqələri təmin edir. Naxçıvan MR Ali Məclisi,hökuməti və digər orqanları tərəfindən irəli sürülmüş məsələlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetində, nazirlik, dövlət komitələri və baş idarələrində baxılmasında, muxtar respublikaya aid qərar və sərəncamların layihələrinin hazırlanmasında və qəbul olunmasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı komissiyaların Naxçıvan MR-ə aid iqtisadi və sosial inkişaf, material-texniki təchizat planlarının, dövlət büdcəsi, digər mədəni, tikinti və təsərrüfat məsələləri layihənin hazırlanmasında və baxılmasında iştirak edir. Naxçıvan MR Ali Məclisinin,Nazirlər Kabinetinin və digər orqanların irəli sürdüyü məsələlər üzrə Azərbaycan Respublikasının Prezident Administrasiyasına,Nazirlər Kabinetinə,digər hökumət orqanlarına tələb olunan müvafiq arayışların, hesabatların, əlavə əsasnamələrin təqdim olunmasını təşkil edir, habelə Azərbaycan Respublikası nazirlik, dövlət komitələri və baş idarələrinin muxtar respublikaya aid məsələlərin həlli üçün lazımi materialları Naxçıvan MR-in müvafiq orqanlarından alınmasına köməklik göstərir. Bundan əlavə, Daimi Nümayəndəlik Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici səfirliklər, nümayəndəliklər, elm, mədəniyyət, humanitar və digər sahələrdə çalışan beynəlxalq təşkilatlarla sıx əlaqə yaradaraq, Naxçıvan MR-ə aid məsələlərin həll olunmasında, habelə BMT-nin İnkişaf Proqramının Naxçıvan MR-də həyata keçirilməsində yaxından iştirak edir. Nümayəndəlik Naxçıvan MR sakinlərinin qəbulunu və problemlərinin vaxtında həll olunmasını təmin edir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyi

Azərbaycan Xalq Cümhuriyyətinin Kuban və Donda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Kuban və Donda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Kuban hökuməti və Şimali Qafqaz xalqları ilə əlaqə saxlamaq üçün təyin etdiyi diplomatik nümayəndəlik. Rusiyada bolşeviklər hakimiyyəti ələ keçirəndən sonra Kuban Qanunverici Radası və Kuban hökuməti yaradılmışdı. Mərkəzi Yekaterinodar (indiki Krasnodar) şəhəri idi. Cəfər bəy Rüstəmbəylinin hökumətin qərarı ilə Azərbaycan Respublikasının Kuban və Krımda diplomatik nümayəndə və ticarət müvəkkili təyin edilməsi haqqında məlumat 23 mart 1919-cu il tarixli 61№-li "Azərbaycan" qəzetində də dərc edilmişdir. 1919-cu il iyunun 26-da C. Rüstəmbəyova Azərbaycan Xalq Cümhuriyyətini Don hökuməti yanında da təmsil etmək mandatı verildi. C. Rüstəmbəyov Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığı raportda 1919-cu il iyunun 1-də Yekaterinodarda ingilis hərbi missiyasının rəisi general Briqqslə görüşməsi, ingilis komandanlığının Azərbaycanla Cənubi Rusiya Silahlı qüvvələri (Könüllü ordu) baş komandanı general Denikin arasında normal münasibət qurulmasında maraqlı olması, iyunun 3-də Briqqsin vasitəçiliyi ilə Denikinlə görüşməsi və onun Azərbaycanla diplomatik nümayəndəlik mübadiləsinə hazır olması haqqında məlumat vermişdi. Azərbaycanın diplomatik nümayəndəsinin 1919-cu il iyunun 11-də göndərdiyi raportda Kuban Radasında federasiya və müstəqillk tərəfdarları ilə Denikin arasında münasibətlərin gərgin olması, Kuban hökumətinin Denikinə qarşı mübarizə məsələlərini müzakirə etmək üçün Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin, o cümlədən Cənubi Qafqaz respublikaları nümayəndələrinin iştirakı ilə konfrans çağırmaq haqqında xəbər verilirdi. Raportda kubanlıların Denikinə inanmamaları, kazakları öz tərəflərinə çəkməklə müstəqilliklərini qorumağa çalışmaları, yalnız Ukrayna hüdudlarında bolşeviklərə qarşı mübarizə aparmaq istəmələri də qeyd olunmuşdu. 1919-cu il iyunun 26-da Azərbaycan Xarici İşlər Nazirliyinin C. Rüstəmbəyova göndərdiyi təlimatda Azərbaycan Hökumətinin Denikinlə diplomatik nümayəndəlik mübadiləsinə razılıq vermədiyi, Denikin ordusu hissələrinin Dağıstandan çıxarılması tələbi əks olunmuşdu. Azərbaycan Hökuməti Kuban və Donla iqtisadi əlaqələr yaratmağa çalışır, ağ neft və digər neft məhsulları əvəzində taxıl almağı planlaşdırırdı.

Значение слова в других словарях